Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qətər İrandan geri çağırdığı səfiri yenidən Tehrana göndərdi

İranla Qətər münasibətlərini gələcəkdə daha da möhkəmləndirmək niyyətindədir.

Qətər hakimiyyəti 6 aylıq fasilədən sonra İranla diplomatik əlaqələri bərpa etmək qərarına gəlib.

Din.az-ın APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qətərin Xarici İşlər Nazirliyindən ölkənin İrandakı səfirinin tezliklə vəzifəsinin icrasına davam edəcəyi bildirilib. Bəyanatda həmçinin İranla münasibətlərin gələcəkdə daha da möhkəmləndiriləcəyi qeyd olunub.

Xatırladaq ki, Qətərin İrandakı səfiri 2016-cı ildə Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyasına hücumdan sonra geri çağırılıb. Rəsmi Doha bu qərarı Səudiyyə Ərəbistanı, Bəhreyn, Sudan və Kuveytin ardınca verib.

Xatırladaq ki, iyunun sonunda dörd ölkə Qətərə 13 maddəlik ultimatum göndərərək, digər ölkələrin vətəndaşlarına qarşı ayrı-seçkiliyə son qoyulması, Səudiyyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyndə terrorçuluq maddəsilə axtarılan şəxslərin ekstradisiyası, eləcə də Türkiyənin Qətərdəki hərbi iştirakını dayandırılmasını tələb edib. Bundan əlavə, tələblər arasında kompensasiyanın ödənilməsi də var.

Öz növbəsində Qətər isə regional böhrana son qoyulması üçün müzakirələrə hazır olduğunu bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az