Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qətər ərəb ölkələrinin tələbini rədd edib

Qətər mövqeyində qətiyyətlidir.

Qətər diplomatik gərginlik yaşadığı ərəb ölkələrinin irəli sürdüyü tələblər barədə açıqlama verib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qətər Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin 13 maddəlik tələb siyahısına cavabı Küveytə verdiyini bildirib. Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani tələbləri qəbul edə bilməyəcəklərini deyib. Bu açıqlama ilə kifayətlənən Qətər verdikləri qərarla bağlı başqa detalları açıqlamayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az