Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QƏTƏR ƏMİRİNDƏN KONKRET CAVAB: “İRANLA ƏLAQƏLƏRİ KƏSMƏYƏCƏYİK!”

“İslam dünyasında problemlərin həll olunması üçün əlaqələri daha da genişləndirəcəyik”.

“Biz İranla münasibətlərimizi kəsməyəcəyik, əksinə İslam dünyasında problemlərin həll olunması üçün əlaqələri daha da genişləndirəcəyik”.

Din.az “APA TV”yə istinadən verdiyi xəbərə əsasən, bu açıqlamanı Qətərin əmiri Tamim bin Həmad Əl Tani verib.

Əmir bu sözləri 4 ərəb ölkəsinin Dohaya “barışıq şərtləri” təqdim etdikdən cəmi iki gün sonra səsləndirib. Sözü gedən tələb siyahısında Qətərdən məhz İranla münasibətləri dayandırması israr edilir.

Öz növbəsində İran prezidenti Həsən Ruhani də Qətərlə əlaqələrə xüsusi önəm verdiklərini bildirib. Qətəri qardaş ölkə adlandıran Ruhani İranın hava və quru məkanının adı çəkilən ölkə üçün açıq olduğunu vurğulayıb.

O, regionda baş verən diplomatik böhranın danışıqlar yolu ilə həll edəcəyinə əminliyini ifadə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az