Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Qətər dörd ərəb ölkəsinin tələbi üzrə danışıqlara başlamağa hazırdır

Ərəb dövlətlərinin iddiasına əsasən, Qətər terrorçuluğa dəstək verir və onların daxili işlərinə qarışır.

Qətər dörd ərəb ölkəsinin tələbi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Qətər əmiri Təmim bin Hamad əl Sani BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon söhbətində deyib.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Qətər əmiri danışıqlar masası arxasına əyləşməyi və ümumi maraqlar üzrə nəticə əldə etmək məqsədi ilə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin irəli sürdüyü tələbləri müzakirəyə qoymağı təklif edib.

Cari ilin iyun ayında yuxarıda adları keçən dörd ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsdiklərini elan ediblər. Onların fikrincə, Qətər terrorçuluğa dəstək verir və onların daxili işlərinə qarışır. Həmçinin Qətərə qarşı iqtisadi qadağalar tətbiq edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az