Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Qətər Azərbaycanla strateji əməkdaşlığı genişləndirəcək sahələri açıqladı

Qətərlə Azərbaycan münasibətləri yüksək templə inkişaf edir.

Qətər və Azərbaycan arasında strateji əməkdaşlığın yüksək səviyyəsinə nail olmaq üçün, kənd təsərrüfatı, turizm və tikinti sahəsində böyük potensial var.

“Din.az” bildirir ki, bu barədə eksklüziv olaraq Trend-ə Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai deyib. Səfir bildirib: “Azərbaycanla Qətər arasında ticari-iqtisadi əməkdaşlığın hazırki səviyyəsi mövcud normativ-hüquqi baza və böyük potensiala baxmayaraq, siyasi münasibətlərin yüksək səviyyəsinə uyğun deyil”.

Diplomatın sözlərinə görə, birgə investisiya fondunun yaradılması iqtisadi, investisiya sahələrində inkişafa təkan verəcək.

Yusif bin Həsən əl-Sai bildirib: “Mən əminəm ki, yaxın vaxtlarda Azərbaycan və Qətər arasında iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin şahidi olacağıq ki, bundan hər iki tərəf xeyir görəcək”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanla Qətər arasında mal dövriyyəsi 2,9 dəfə azalaraq 170, 24 min dollar təşkil edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az