Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Qəhvənin insan orqanizminə olan müsbət təsirləri

Qəhvə orqanizmdə altsheymer və parkinson kimi xəstəliklərlə mübarizə aparır.

Qəhvə insan orqanizmini 5 xəstəlikdən qoruya bilər.

“Din.az” “Report”a istinadən  xəbər verir ki, bunu 130 min könüllünün iştirakı ilə aparılan tədqiqatın yekununda Harvard Universitetinin alimləri bəyan ediblər.

Birinci, qəhvə orqanizmə neyrodegenerativ xəstəliklərlə, yəni, məsələn altsheymer, parkinson və bu kimi xəstəliklərlə mübarizə aparmaqda kömək edir.

İkinci, qəhvə, əlbəttə ki, spirtli içki ilə qəbul edilməsə, qaraciyər serrozu üçün təsirli profilaktik vasitəsidir.

Üçüncü, bu içki titrəyən aritmiyanın inkişafına manə olur. Düzdür, əgər o artıq insanda varsa, bundan uzaq durulsa yaxşıdır.

Dördüncü, kofein mədəaltı vəzinin səmərəli işləməsinə kömək edir, yəni qəhvə qəbulu şəkərli diabetin inkişafına manə ola bilər.

Beşinci, hətta gündə altı fincan qəhvə içən tədqiqat iştirakçıları arasında ürək-damar sistemi xəstəliklərindən heç bir yüksək ölüm halları müşahidə olunmur.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az