Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qədim qəbirlər qazılıb, baş daşları isə sındırılıb

Bir neçə tarixi qəbir axşam saatlarında naməlum şəxslər tərəfindən qazıldı.

Qədim qəbirlər qazılıb, baş daşları isə sındırılıb.

Din.az Milli.Az-a istinadən bildirir ki, hadisə Cəlilabadın Türkelli kəndində baş verib. Buradakı tarixi orta əsrlərə aid olan bir neçə qəbir axşam saatlarında naməlum şəxslər tərəfindən qazılıb. Kəndlilər hadisə baş verməzdən bir neçə gün öncə qəbiristanlığa iki nabələd qadının gəldiyini və həmin qəbirlər ətrafında gəzdiyini görüblər.

Qadınlar qəbirlərin şəkillərini çəkiblər.

Qazıntı nəticəsində qəbirdəki insan sümüklərinin bir qismi də bayıra çıxarılıb. Bundan başqa məzarlığın müxtəlif ərazilərindəki tarixi eyni dövrə aid olan bir çox baş daşıları küt alətlər vastəsi ilə sındırılıb. Yerli sakinlər iddia edirlər ki, qəbirlər qiymətli qızıl-zinət əşyalarının axtarılması məqsədi ilə qazılıb.

Tarixçilərin sözlərinə görə, Türkelli kəndindəki mövcud qəbir abidələri XVI əsrə aiddir və sufiliklə bağlıdır. Qəbirlərin qazılması da Türkelli kənd qəbiristanlığında baş verən ilk hadisə deyil. Bir müddət əvvəl də buradakı qədim qəbirlərin bir qismi qazılaraq üzərindəki tarixi baş daşları naməlum şəxslər tərəfindən oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Qəbrlərə zərər vuranların tapılması istiqamətində araşdırma aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az