Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

QƏBİRİSTANLIĞIN DİVARLARINI TELEFON NÖMRƏLƏRİ İLƏ “BƏZƏYƏN” MOLLA DANIŞDI – VİDEO

Molla qəbiristanlığın divarlarına nömrəsini yazdı.

Molla divarları yazır, özü də qəbiristanlığın divarlarını. Gülməlidir, amma gerçəkdir. Hətta divara öz nömrəsini yazır. Babək prospektindəki qəbiristanlıqda bir molla addım başı divara öz telefon nömrəsini və molla sözünü yazıb.

“Din.az” “A24.Az”a istinadla məlumat verir ki, molla öz nömrəsini divar boyu 15 yerə yazıb.

Babək prospektindəki qəbiristanlğın divarı mollanın nömrərləri ilə doludur. Özü də divarın yola baxan hissəsində. Həm də kortəbii yazılış şəklində.

Molla hətta xristianların dəfn olunduğu əraziyə də nömrə yazmağı unutmayıb.

Bu kreativ mollanı tanımaq istədik. Yazdığı nömrəyə zəng etdik.

Bilmirik hardan, amma molla divarı yazdığına görə onu axtardığımızı artıq bilirdi: “Hə nömrəmi yazdiğima görə gəlmisiz? Əşi yazmışam ki, məni rahat tapsınlar. Ona görə məni çox tənbeh ediblər, amma yazmışam daa”.

Din xadimi, İmam Rza məscidinin axundu Hacı Mirhəmiddən mollanın bu hərəkətinə münasibət öyrəndik.

Din xadimi qəbiristanlıq divarını yazmasını həm qanuni, həm də mənəvi tərəfdən belə qiymətləndirdi: “Qəbristanlıq hamımızın hörmət etməli olduğumuz yerdir. Çünki orda hamımızın yaxınları yatır. Digər tərəfdən, qanunla divarları korlamaq qadağandır. Hələ bunu molla edirsə, ümumiyyətlə olmaz. Bu həm də özünü reklam deməkdir. Reklam üçün də icazə almaq lazımdır. Heç kimin haqqı yoxdur ki, nömrəsini divarlara yazsın”.

Divar yazan molla yəqin ki, din xadiminin məsləhətlərindən yararlanar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az