Qazaxstanda uca səslə namaz qılan şəxsi cərimələndi

Cümə namazını yarımçıq qoymaq məcburiyyətində qaldı.
Həmin şəxs öz günahı və xətasını tamamilə başa düşdüyünü bildirib.
Din.az bildirir ki, Qazaxstanın Atırau bölgəsində Kızılkogin rayon məhkəməsi yerli sakini cümə namazı zamanı möhkəm səslə ibadət etdiyi üçün 84 min tenge (təxminən 232 dollar) cərimələyib.
Məhkəmə işinin sənədlərinə əsasən, Miyalı kəndinin Bayterek məscidindəki cümə namazlarının birində imam-camaat, “amin” sözünü həddən çox uca səslə deyən kişiyə görə cümə namazını yarımçıq qoymaq məcburiyyətində qalıb. Lakin həmin kişi məscid imamının töhmətlərinə heç cür reaksiya verməyərək məsciddəki asayişi pozmağa davam edirdi.
Həmin kişi məhkəmədə namaz qılmağı online-proqram vasitəsi ilə öyrəndiyini və həmin proqramda “amin” sözünün ucadan deyildiyini qeyd edib. O, inzibati cəzalar məcəlləsinin “Dini fəaliyyət və dini təşkilatlar qanunun pozulması” maddəsi ilə təqsirli bilinib və cərimələnib.
Həmin şəxs öz günahı və xətasını tamamilə başa düşdüyünü bildirib. / İslamazeri.com