Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QARDAŞ ÖLKƏYƏ ƏN ÇOX SƏRMAYƏ QOYAN AZƏRBAYCAN BU ÖLKƏLƏRİ GERİDƏ QOYDU

Siyahıda ikinci yeri Azərbaycan tutur.

Türkiyəyə bu ilin ilk 3 ayı ərzində əcnəbi sərmayəçilərin qoyduğu sərmayə ötən illə müqayisədə 43 faiz artıb.

Din.az bildirir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) verdiyi məlumata görə,  ötən illə müqayisədə bu ilin 3 ayı əzrində Türkiyəyə sərmayə qoyanlar 43 faiz artaraq 1 milyard 698 milyon dollar olub. Lakin ötən ilin eyni dövrü üçün bu rəqəm 1 milyard 188 milyon dollar səviyyəsində olub.

Türkiyəyə əcnəbi ölkələrdən sərmayə qoyanlar arasında İspaniya birinci yerdədir. Siyahıda ikinci yeri Azərbaycan, daha sonra Hollandiya, Avstraliya və Almaniyadır. Belə ki, yanvar-mart ayları ərzində Türkiyəyə 1,7 milyard dollarlıq yatırımla sərmayə qoyan İspaniya sərmayəçilərin 55 faizini təşkil edib. 3 aylıq müddət əzindəki sərmayələrin 11,4 faizi (193 milyon dollar) Azərbaycan, 6,2 faizi (106 milyon dollar) Hollandiya, 5,6 faizi (95 milyon dollar) Avstriya və 3,5 faizi (60 milyon dollar) Almaniya tərəfindən qoyulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az