Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QARABAĞDA XAÇ UCALDAN ERMƏNİLƏRİN MƏQSƏDİ NƏDİR? – FOTO

“Hündürlüyünə görə Avropada ikinci xaç abidəsi”.

Erməni separatçıları Qarabağ ərazisində – işğal altındakı dağ massivlərinin birinin hündür yerində xaç işarəsini əks etdirən 50 metr hündürlükdə dəmir konsturksiya quraşdırıblar.

Din.az “A24.az”a- istinadən xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ermənilərin Qarabağda xaç işarəsini əks etdirən dəmir konsturksiya quraşdırılmasında söz açarkən deyib.

Politoloq bildirir ki, həmin konstruksiya üzərində işıq sistemi də quraşdırılıb ki, axşamlar da uzaq məsafədən görülsün: “Özlərinin dediyinə görə bu konstruksiya hündürlüyünə görə Avropada ikinci xaç abidəsidir”.

Elxan Şahinoğlu əlavə edib ki, erməni separatçılarının pula ehtiyacları olduğu halda, dünyadan pul diləndikləri halda bu cür bahalı konstuksiyanın tikintisinə niyə bu qədər önəm veriblər? Bunun iki səbəbi var. Birinci səbəb odur ki, separatçılar Dağlıq Qarabağı beynəlxalq aləmə xristian məskəni kimi sırımaq istəyirlər. İkinci səbəbi isə odur ki, nə zamansa həmin konstruksiya dəqiq raket zərbəsiylə dağıdılarsa, bunu beynəlxalq aləmə “vandalizm” kimi qələmə verməyə çalışacaqlar. Bilərəkdən qarşıdurmaya dini rəng verirlər. İslam dünyasının, özəlliklə də Tehranın səsini eşitmək istərdik. Müsəlman torpaqlarda xristianlığın bu şəkildə zorla yayılmasına necə baxırlar?”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az