Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qambiyanın yeni prezidenti: “Qambiya İslam Respublikası olmayacaq”

“Qambiya “İslam Respublikası” deyil, “Qambiya Respublikası” olacaq”.

Qambiyada baş verən ağır hadisələrdən sonra prezident seçilən Adama Barrou, artıq dövlətin İslam Respublikası olmayacağını elan edib.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qambiyanın yeni prezidenti Adama Barrou, bəzi konstitusiya dəyişikliklərinin ediləcəyini bildirərək deyib: “Qambiya “İslam Respublikası” deyil, “Qambiya Respublikası” olacaq”.

Ölkədə 1 dekabrda keçirilən seçkilərdə qalib gələn, lakin keçmiş dövlət başçısı Yahya Jammehin vəzifədən getmək istəməməsi səbəbilə yaranan böhran zamanı Seneqala gedən Barrou yenicə ölkəsinə qayıdıb.

Seçkilərdəki məğlubiyyətini ilk mərhələdə qəbul edən Jammeh, sonradan Qambiya Ali Məhkəməsinə etiraz edərək iqtidardan getmə çağırışlarını rədd etmişdi.

Jammeh ötən həftənin sonunda iqtidardan uzaqlaşmağa məcbur olmuş, ailəsiylə birgə Qambiyadan getmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az