Qalatasaraylı futbolçu: “Oyundan əvvəl 5 futbolçu namaz qıldıq, axşam çempion olduq” – VİDEO

Tanınmış futbolçudan maraqlı fikirlər.
Qalatasaraylı futbolçu Yasin Öztekin qonaq olduğu verilişdə matçdan əvvəl komanda yoldaşları ilə birlikdə namaz qıldıqlarını bildirib.
Din.az “A24.az”a istinadən xəbər verir ki, futbolçu Yasin Öztekin matçın keçiriləcəyi gün Belhanda, Feghouli, Denayer və Ahmet Çalıkla birlikdə namaz qıldıqlarını bildirib. Tanınmış futbolçu çempion olduqları gün də namaz qıldıqlarını qeyd edib.
Bundan başqa futbolçu “qışda bir həftə, 10 gün istirahətimiz olur. Ümrə ziyarəti üçün ən münasib vaxt olur. Son 3 ildir ki, gedirəm. İnşallah qarşıdakı illərdə də getmək istəyirəm. Qalatasarayda oynadığım ilk illərdə yenə Ümrə ziyarətim olmuşdu. Çempion olmaq üçün dua etdim. Həmin sezon çempion olduq” deyib.
Futbolçunun sözügedən görüntülərini sizə təqdim edirik: