QAFQAZIN ŞEYXİ ERMƏNİ KATALİKOSU İLƏ GÖRÜŞÜR

Azərbaycan, Ermənistan və Rusiyanın mənəvi liderləri bir araya gələcəklər.
Azərbaycan, Ermənistan və Rusiyanın mənəvi liderləri Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı yenidən görüşməyi planlaşdırırlar.
Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Erməni Apostol Kilsəsinin mətbuat katibi Ter Vaqram Məlikyan söyləyib. O, görüşün sentyabrın 8-də baş tutacağını bildirib.
Qeyd edək ki, indiyə qədər tərəflər arasında Qarabağın həlli ilə bağlı 5 dəfə görüş keçirilib.