Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

PUTİN SƏDDAM HÜSEYNİN ÖLÜMÜNDƏN DANIŞDI

Putin: “Sanksiyalar effektiv olmayacaq”.

Şimali Koreyaya qarşı sanksiyalar onun nüvə proqramından əl çəkməsinə yardım etməyəcək.

Din.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin söyləyib. Putin Şimali Koreya probleminin həlli məsələsində İraq Prezidenti Səddam Hüseynin taleyini misal kimi göstərib:

“İraq dağılıb, Səddam Hüseyn asılıb. Bunu hər kəs bilir və xatırlayır. Şimali Koreyada da bunu çox yaxşı bilirlər. Siz düşünürsünüz ki, onlar hansısa sanksiyalar ucbatından öz siyasi kurslarından imtina edəcəklər. Bu, effektiv olmayacaq. Şimali Koreya özünü təhlükəsizlikdə hiss etməyənə qədər nüvə proqramından imtina etməyəcək. Onlar lazım gəlsə, ot yeyəcəklər, amma bundan əl çəkməyəcəklər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az