Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Putin rüşvətxor məmurların reyestrinin yaradılması haqqında qanun imzalayıb

Rusiyada rüşvətə qarşı ciddi mübarizə aparılır.

Rusiya prezidenti Vladimir Putin korrupsiya əməlinə görə etimadın itirilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmış məmur, hüquq-mühafizə orqanların əməkdaşları və hərbçilərin  reyestrinin yaradılması haqqında qanun imzalayıb.

Din.az “APA”ya istinadən bildirir ki, dövlət sirri təşkil edən məlumatlar istisna olaraq reyestrə daxil edilməyəcək.

Rüşvətə görə vəzifəsindən kənarlaşdırılan prokurorluq, İstintaq komitəsi, Yanğından Mühafizə Xidməti,  daxili işlər orqanları, gömrük orqanı, hərbçi, Mərkəzi Bank, dövlət korporasiyaları, Pensiya Fondunun vəzifəli şəxsləri həmin siyahıya daxil ediləcək.

Rüşvətxorların reyestri dövlət informasiya sistemində dərc ediləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az