Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PUTİN RAMZAN KADIROVUN MYANMA İLƏ BAĞLI DEDİKLƏRİNİ ŞƏRH EDİB

Putin: “Hər bir insanın şəxsi fikri və bunu bildirməyə hüququ var”.

Hər bir insanın şəxsi fikri var və Çeçenistan başçısı Ramzan Kadırovun Myanmadakı hadisələrlə bağlı fikirlərində heç bir müxaliflik yoxdur.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“O ki qaldı Rusiya vətəndaşlarının dövlətin xarici siyasəti ilə bağlı fikirlərinə, hər bir insanın şəxsi fikri və bunu bildirməyə hüququ var”, – Putin bəyan edib.

Prezident əlavə edib ki, bunun insanın vəzifəsi ilə heç bir asılılığı yoxdur.

Çində BRİKS sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında sualları cavablandıran Putin bildirib: “İnandırıram ki, Çeçenistan rəhbəri tərəfindən heç bir fronda (müxaliflik – red.) yoxdur, xahiş edirəm, hamı sakitləşsin, hər şey qaydasındadır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az