Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“PUL YIĞIMINI YIĞIŞDIRIN” – QMİ SƏDRİNDƏN AXUNDA İRAD

Axund şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkdi.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Ağdam üzrə idarənin nümayəndəsi, axund hacı Barata Məhərrəmlik ayında “Qasım Otağı”nda pul yığdığı üçün tutub.

Din.az bildirir ki, QMİ-də Məhərrəmlik ayı ilə bağlı keçirilən iclas zamanı axundun Məhərrəmlik əzadarlığı ilə çıxışını dinləyən zaman onun sözünü kəsərək sual ünvanlayıb.

Şeyxülislam ondan əzadarlıq zamanı “Qasım Otağı”ndan nə məqsədlə istifadə etdiyini soruşub. Axund şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib. Şeyxülislam davam edib: “Siz orada “Qasım otağı” yaradırsınız , üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu düzgün deyil. “Qasım otağı”nı yaradın. Amma üstündə deşik olmasın. Pul yığımını yığışdırın”. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az