Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PREZİDENT İLHAM ƏLİYEV ŞƏHİD ÇİNGİZ QURBANOVUN AİLƏSİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvlərilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.
“Din.az” görüşdən çəkilən fotoları təqdim edir.

Qeyd edək ki, Çingiz Qurbanov 29 dekabr 2016-cı ildə düşmən qüvvələrinin hücumunun qarşısını alaraq, onları təqib edərkən şəhid olub. Onun nəşi 39 gün düşmən tərəfdə qaldıqdan sonra 5 fevral 2017-ci ildə Azərbaycana qaytarılıb. Şəhid Qusarda yerləşən “Şəhidlər xiyabanı”ında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral, 2017-ci il sərəncamı ilə Çingiz Qurbanova (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az