Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“PREZİDENT MƏSCİDLƏRDƏ AZANIN MANEƏSİZ SƏSLƏNMƏSİLƏ BAĞLI GÖSTƏRİŞ VERİB”

“Azanın səsləndirilməsi normal qaydada, heç bir problemsiz verilməlidir…”

“Qafqaz Müsəlmanları İdarəsindən məscidlərdə azanın ucadan səsləndirilməməsi barədə göstəriş verilib”.

Din.az bildirir ki, bu sözləri Moderator.az-a zəng edən bir oxucu deyib. O, bu məlumatı küçədə rastlaşdığı dindarlardan birindən eşitdiyini bildirib. Guya QMİ rəhbərliyi son vaxtlar bəzi paytaxt sakinlərinin gecə saatlarında azanın səslənməsindən narahat olduqları haqda şikayətlərini müzakirə edib. Nəticədə məscidlərdə azanın yüksək səslə verilməsi və ya ümumiyyətlə, verilməməsi barədə göstəriş verib.

Məlumatın şayiə olduğu düşünülsə də tam yəqinlik əldə etmək üçün Moderator.az “İçərişəhər” Cümə məscidinin axundu, tanınmış din xadimi Hacı Surxay Məmmədliyə müraciət edib. Hacı Surxay bildirib ki, deyilənlər şayiə və müəyyən qüvvələrin təxribat məqsədi ilə yaydığı dezinformasiyadır. “Məscidlərdə azanın kəsilməsindən ümumiyyətlə söhbət gedə bilməz. Müsəlman ölkəsində belə bir şey mümkün olarmı, sizcə? Dövlət başçısı İlham Əliyev də din xadimləri ilə görüşlərində şəxsən göstəriş verib ki, Azərbaycanda azanın səsləndirilməsi normal qaydada, heç bir problemsiz verilməlidir…”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az