Pompeo Səudiyyə ilə Yaxın Şərqi müzakirə etdi

Pompeo Yəmən, Suriya, İraq və Livan mövzularını müzakirə edib.
ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının dövlət naziri Adil Cübeyrlə görüşüb.
Din.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu Yəmən, Suriya, İraq və Livan olub.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Yəmən hökumətinin ölkədəki separatçıların (husilər istisna olmaqla) Cənub Keçid Şurası ilə razılaşma imzaladığını bəyan edib.