Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

PKK Suriyada ərəb dilini qadağan edir

Suriyada PKK təhlükəsi artır.

PKK-nın Suriya qadanı olan PYD/YPG terror təşkilatı bu ölkədə ərəb dilində təhsili qadağan edir.

Din.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Rauf Alp Denktaş açıqlama verib.

“PKK/PYD/YPG BMT baş katibinin hesabatında da qeyd etdiyi kimi Suriyada ərəb dilində təhsili qadağan edir” deyə Denktaş bildirib.

BMT baş katibi Antonio Quterreş noyabrda qurumun Təhlükəsizlik Şurasına təqdim etdiyi 57-ci hesabatında PKK/PYD/YPG-nin Suriyanın şimal-şərqində 250-dən artıq məktəbdə sentyabrın sonlarından etibarən ərəb dilində təhsili qadağan etdiyini bildirib. Hesabatda qeyd edilir ki, bəzi ailələr qadağa səbəbindən uşaqlarını başqa məktəblərə keçirib, amma PKK/PYD/YPG nəzarət məntəqələrində, rejimin nəzarəti altındakı Qamışlıya gedən şagirdləri daşıyan avtobuslara əngəl olur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az