Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Peyğəmbərimizin sidiyi deyil, idrakı şəfadır

Oxumaq dərk etmək məqsədilə olmadıqda mənasız olur.

Sait ÇAMLICA

Peyğəmbərimizlə (s) bağlı hər hansı yazı yazarkən, belə bir başlıq yazmaq məcburiyyətində qalacağım heç ağlıma da gəlməzdi. Hətta bu sətirləri yazmağa başlayarkən tərəddüd etdim. Lakin məqsədimi ifadə etmək və gəncləri bu səfehlikdən qorumaq üçün həmin başlığı yazmağımın çox zəruri olduğuna qərar verdim.

Bu məqalədə tənqid etdiyim şəxsin adını heç zaman xatırlamayacağam. Belə ki, özü Türkiyədə hər kəsin tanıdığı bir şəxsdir. Təəssüf ki, ona “Hocaefendi” deyilir və dini sohbətlər aparır. Söhbətlərində Peyğəmbərimizin (s) sidiyini içən səhabənin şəfa niyyətilə içdiyini, hətta Peyğəmbərimizin sidiyinin və qanının şəfa olduğunu bildirir, danışdıqlarını isə ənənəvi mənbələrimizə əsaslandırır.

Lakin bu qədər deyil, bir az da həddi aşaraq məsələni iyrənc vəziyyətə gətirir, utanmaz insan “Müqəddəs fırtıq” deyərək Peyğəmbərimizdən (s) bəhs edir. Bu mövzuları o qədər çirkin tərzdə danışır ki, “Sahabələr Peyğəmbərimizin burnundan çıxan fırtığını götürüb üzlərinə sürtürdülər” cümlələrini səsləndirərkən də üzü qızarmırdı.

Mənim daha çox əsəbiləşdiyim və məyus olduğum şey, orada ona qulaq asanlardan birisinin də qalxıb “Bəs deyil, utanmaz adam! Bizə Peyğəmbərimizin əxlaqından danış!” deyərək etiraz etməməsidir.

Həmin şəxs bundan əvvəl qəbir əzabından qoruyan kəfən və Peyğəmbərimizi yuxuda görməyinizə səbəb olacaq başmaq satmağa çalışırdı.

“Heç bir müəllim Peyğəmbərimizlə (s) bağlı belə alçaldıcı söhbət etməz” deyib düşünənlər varsa, dərhal internetə və “Youtube” kanallarına axtarış verib qulaq assınlar.

Yaxşı ki, texnologiya var!

Dünən dediklərini bu gün inkar edərkən heç üzü qızarmayan bu şəxs bəzi etirazlar edib məzəmmət olunduqda, “Mən elə demək istemədim deyərək, etirazları azaltmağa çalışdı. Əgər texnologiya olmasa, “Müsəlman yalan danışmaz. Mən belə demədim” deyirsə, biz onun sözlərinə baxıb inanmaq məcburiyyətindəyik” deyərdik. İnternetə girib videolara baxan hər insan dediyi çirkin sözləri sonradan inkar etdiklərini də asanlıqla görəcəklər.

Doğulduğum yerə getdiyim zaman valideynlərimlə çay içərkən mövzu açıldı. Atam mənə dedi: “Oğlum, iftira atırlar, lap elə də deməz”. Mən də dərhal “Youtube” kanalında mövzu ilə bağlı danışıqları izlətdirdim. O bunlara qulaq asarkən çox narahat oldu. Başqa dostlarımda bu şəxsin əleyhinə sosial media səhifələrində yazdıqlarıma əsəbiləşmiş, mənə “iftira atma!” demişdi. Onlara da internetdən videoları izlətdirdikdə məndən halallıq istədilər.

Məncə texnologiya dövrünün ən gözəl cəhəti budur. Xüsusən tanınan və kameralar qarşısında çıxış edən şəxssinizsə, dünən dediyinizi bu gün inkar edə bilmirsiniz. Türkiyədəki camaat təşkilatlanmalarını tənqid etdiyim “Texnologiya dövründə camaatların birləşmə problemi” kitabıma, yalnız “Camaatların birləşmə problemi” adını verməməyimin səbəbi də bu idi. Texnologiya dövründə heç bir müəllim və ya xətib dünən dediklərini bu gün inkar edə bilmir. Hətta etsə də gənclər açıb digər danışıqları da dinləyirlər.

Sidik deyil, idrak şəfadır

Peyğəmbərlərin göndərilmə səbəbi, sehrbazlıq və ya sehr etmək deyil, insanlara yol göstərməkdir. Ən son peyğəmbər olan Muhəmməd, Quranla tərbiyə edilmiş, idraki, anlayışı, Quran tərəfindən verilmişdir. Bizim başa düşməyə və tətbiq etməyə çalışacağımız da budur. Peyğəmbərimizə vəhy gəldikdə, o vəhydən nə başa düşmüdüşdü? O nəyi necə başa düşüb, nəyi necə edibsə, biz də elə etməyə çalışmalıyıq.

Peyğəmbərimizin (s) idrakı Hira dağında “Oxu!” ilə başlayan əmrlə formalaşmışdı.

Həyatı oxu! Problemləri oxu! Həll yollarını oxu! Özünü oxu! Kainatı oxu!

“Oxu” deyib əmr edən, “dərk et” deməyə ehtiyac da hiss etmədi. Çünki oxumaq dərk etmək məqsədilə olmadıqda mənasız olur. “Oxu” deyən, “həll yolları haqqında da düşün, bunları həll etməyə çalış” deməyə də ehtiyac hiss etmədi.

Yalnız “oxu” demədi Allah. Nə üçün və nə adından oxuyacağını da bildirdi. Yaradan Rəbbinin adı ilə oxu! Üzərində kitab gəzdirən uzunqulaq olmaq üçün deyil, dərk etmək, yaşamaq, başa salmaq və yaşatmaq üçün oxu! Yaradan Rəbbinin adı ilə addım at! Yaxşılıqları yaradan Rəbbinin istədiyi kimi artır, pislikləri də Yaradan Rəbbinin adı ilə azaltmaq üçün oxu!

Quran “Fatihə” surəsindən “Nas” surəsinə qədər, hər surə və hər ayə ilə problemlərin necə həll ediləcəyini öyrətmiş, Peyğəmbərimizin idrakını, həyata baxışını formalaşdırmışdır.

Peyğəmbərimizin sidiyi deyil, idrakı şəfadır dövrün bütün yaralarına… Peyğəmbərimizi şərəfli edən şey qanı deyil, yoludur. Həmin yolun lövhəcikləri və işarələri Quran ayələridir. Peyğəmbərimizin (s) burnundan axan fırtığı deyil, ağzından çıxan Quran əxlaqı şərəflidir.

Sidikdən bəhs edənlər bunu dərk edə bilməzlər. 


Din.az olaraq bəhs edilən videonu təqdim edir:

MÜZAKİRƏ

1 şərh Peyğəmbərimizin sidiyi deyil, idrakı şəfadır üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az