Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Peyğəmbərimizin saç və saqqalı MÜQƏDDƏSDİR?

Peyğəmbərimizin saç və saqqalının müqəddəs qəbul edilməsinin dini əsası…

Peyğəmbərimizin saçı və ya saqqalı hər zaman böyük marağa səbəb olub. Lakin bu fikirlər nə dərəcədə doğrudur?

Dini İşlər İdarəsinin sədr müavini Dr. Əkrəm Kələş bu barədə nə dedi?

Din.az bildirir ki, Türkiyə mətbuatına istinadən bildirir ki, Peyğəmbərimizə aid olduğu qəbul edilən və bəzi yerlərdə qorunan saqqal və ya saçlar yalnız tarixi baxımdan əhəmiyyət daşıya və xatirə ola bilər. Səhabələr Peyğəmbərimizin (s) saç və saqqalını bərəkət əlaməti olaraq özlərilə gəzdiriblər. Lakin yaşadığımız dövrdə olduğu kimi saç və saqqalının yuyularaq suyunun çoxaldılması və bundan şəfa gözləməyin heç bir dini əsası yoxdur.

Mövzu ilə bağlı ilahiyyatçı Ramazan Kayan belə deyib:
Peyğəmbərin xatirəsi olaraq saç və saqqalına hörmət etməkdən daha çox onun sünnəsinə əhəmiyyət verməyə ehtiyacımız vardır. Bununla bağlı həyata keçirilən səhv və batil əməllərdə qardaşlarımıza xəbərdarlıq etməliyik.

Anadolu İlahiyyat Akademiyasının qurucusu ilahiyyatçı Tuncer Namlı isə belə deyir:
Peyğəmbəri sevmək saçını sevmək deyildir. Peyğəmbəri sevmək Onun bədənini sevmək, yəni romantizm deyildir. Məsələn, insanlar Peyğəmbərin tərifini verirlər. Belə demək olarsa, artist tərifi verirlər. Əgər bu gözəlliklər Peyğəmbərə nə isə əlavə etsəydi, Allah belə artist kimi Peyğəmbər seçərdi. Bunlara baş qoşmaq cahil və əhəmiyyətsiz insanların işidir.


Məsələn, bir nəfər müqəddəs saqqaldan bəhs edir. Biz isə onun olmadığından bəhs edirik. Əslində bu eyni şeydir. Bu hiyləyə aldanmadan Peyğəmbərin gözəlliklərindən bəhs etməliyik. Davranışlarından, istiqamətindən, addımlarından bəhs etməliyik. Bu zaman insanların Peyğəmbərin əsl şəxsiyyətinə heyranlıqları artacaq, digər batil əməllər əhəmiyyətini itirəcəkdir.


Hər din və mədəniyyətdə dinin qurucularının xatirəsi üçün belə ucaldıcı əməllərin həyata keçirildiyini qeyd edən ilahiyyatçı Prof. Şinasi Gündüz isə bu əməllər haqqında deyir:
Belə əməllər tamamilə bidətdir və onların dində yeri yoxdur. İslamda Mövlud Kandili adlı mərasim də yoxdur. Hər dində və mədəniyyətdə həmin dinin qurucusu kimi qəbul edilən peyğəmbərlərin və ya öndə olan şəxslərin müəyyən mühüm günləri qeyd edilmişdir. Peyğəmbərin saç-saqqalının müqəddəsləşdirilməsi və bununla bağlı qeyd edilən hər hansı əməl səhv din anlayışının nəticəsidir və tamamilə xurafatdır

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az