Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PEYĞƏMBƏR QAŞINI ALAN QADINLARI LƏNƏTLƏYİB? – ELŞAD MİRİ CAVAB VERİR

“Bunlar dindən, elmdən xəbəri olmayan cahil insanların uydurmasıdır”.

Son günlər sosial şəbəkədə ilahiyyatçı Veysəl Orucovun qadınların qaş almaları barədə səsləndirdiyi qalmaqallı fikirlər yenidən gündəmə gətirilib və həmin video sosial şəbəkədə yenidən kütləvi şəkildə paylaşılmağa başlayıb. Nəcticədə isə ilahiyyatçının fikirləri yenidən ciddi rezonans doğurub və əksər insanlar tərəfindən tənqid edilib. Videoda Veysəl Orcov İslam peyğəmbəri həzrəti Məhəmmədin qaşını alan qadınları lənətlədiyini qeyd edir. İlahiyyatçı fikirlərini hədislərlə əsaslandırıb.

Qaşlarını alan qadınlar – haqda azərbaycanlı ilahiyyatçı Veysəl Orucov belə deyir

Posted by Gülmək Qaranti on Mittwoch, 25. Oktober 2017

 

Veysəl Orucovun fikirlərinin qalmaqal yaratdığını nəzərə alıb, ilahiyyatçı Elşad Miriyə sualımızı ünvanladıq:

– Həqiqətən, İslam dini qadınlarımızın qaş aldırmasına qarşıdırmı və qaşını alan qadınları Peyğəmbər lənətləyibmi?

-Əvvəlcə onu demək istəyirəm ki, həzrəti Peyğəmbərimizin dövründə qaş almaq deyilən bir anlayış olubmu, yəni “qaş almaq anlayışı hansı formada olub?”, “sonra necə olub?”, “Bu adət nə vaxtdan ortaya çıxıb?”, “Niyə bu qadağa ancaq qadına aiddir?” kimi suallara cavab vermək lazımdır. Bu məsələyə qalanda isə kişilərin də qaşı olur və bəzən bu mənzərə o qədər də xoş qarşılanmır. O zaman kişinin qaşını aldırmaq olar, amma qadının yox? Bunların hamısının heç bir elmi əsası yoxdur. Əfsuslar olsun ki, dinimizdə bütün “qadağalar”ı qadına aid edirlər. Məsələn, Səudiyyə Ərəbistanda belə fikir yayılıb ki, qadın niqab örtməlidir, hətta bir neçə il bundan qabaq qeyd etmişdilər ki, qadının bir gözü görünməlidir. Çünki qadın iki gözü ilə daha cəlbedici görünür. Bəs burda sual oluna bilər ki, kişi cəlbedici ola bilməzmi? Məsələn, “Qurani Kərim”də Yusif peyğəmbərə gözü düşən evli qadından bəhs olunur. Buna görə də məsələyə bu prizmadan yaxınlaşmaq lazımdır. Yəni söylənilənlər sadəcə insanların dini cəhətdən düzgün məlumatlandırılmamasından irəli gəlir.

-Bəs bu cür fikirlərin insanlar arasında yaranmasına və yayılmasına nə şərait yaradır?

-Bütün bunlar dindən, elmdən xəbəri olmayan cahil insanların uydurmasıdır. Məsələn, müasir dövrdə fətva verilir ki, qadının həyat yoldaşının telefonuna baxması haramdır. Digər tərəfdən isə kişi həyat yoldaşının özünə baxmasını, günü-gündən gözəlləşdiyini görür və başqasının gözü düşməsin deyə, deyir ki, qaş aldırmaq haramdır.

-Burdan belə nəticəyə gəlmək olarmı ki, bu, cəfəng fikirdir və qaşını aldıran qadın peyğəmbər tərəfindən lənətlənməyib?

– Sizcə, peyğəmbər belə bir şeyə qadağa qoya bilərmi?!

– İnsanları düşündürən suallardan biri də budur ki, görəsən, peyğəmbərimizin dövründə qaş aldırmaq olubmu?

– Yəni peyğəmber belə xırda təfərrüatlara qarışma xüsusiyyətinə malik şəxsiyyət olmayıb. Nə peyğəmbərimizi, nə də dinimizi bu qədər cılızlaşdırmaq lazım deyil. Biz bunu etməklə sadəcə insanları dinimizdən uzaqlaşdırırıq. Məsələn, bu gün buna bənzər intellektual xanımla aramda dialoq olub. Məlum olub ki, xanım uzun müddətdir ki, dırnaq boyası ilə namaz qılmaq haram sayıldığına görə ibadətini həyata keçirməyib. Mən bu haqda ona məlumat verdikdən sonra xanım “siz deyəndən sonra inana bilmirəm ki, söyləntiləri nəzərə alaraq, mən neçə ildir ki, dinimdən, əməlimdən uzaq qalmışam” dedi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az