Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Pegida” yenə İslam dini əleyhinə nümayiş keçirdi – VİDEO

Almaniyanın Drezden şəhərində sağ yönümlü “Pegida” hərəkatının çağırışı ilə İslam dini və miqrantlar əleyhinə növbəti nümayiş keçirilib. Nümayişdə hərəkatın 3300 tərəfdarı iştirak edib. Aksiya iştirakçıları Almaniya hökumətinin qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edib, miqrantlara sığınacaq verilməsinə qarşı çıxıblar. Etirazçılar “vətən xainləri”, “müqavimət” kimi şüarlar səsləndiriblər. Aksiyada iştirak edən sağ yönümlü siyasətçilər Ansimiqrant və islamofob […]

Almaniyanın Drezden şəhərində sağ yönümlü “Pegida” hərəkatının çağırışı ilə İslam dini və miqrantlar əleyhinə növbəti nümayiş keçirilib.

Nümayişdə hərəkatın 3300 tərəfdarı iştirak edib.

Aksiya iştirakçıları Almaniya hökumətinin qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edib, miqrantlara sığınacaq verilməsinə qarşı çıxıblar. Etirazçılar “vətən xainləri”, “müqavimət” kimi şüarlar səsləndiriblər.

Aksiyada iştirak edən sağ yönümlü siyasətçilər Ansimiqrant və islamofob xarakterli çıxışlar ediblər.

Nümayiş zamanı əsayişin qorunmasına çox sayda polis əməkdaşı nəzarət edib.

“Din.az” “a24.az”a istinadən videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az