Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Patriarx Kirill Azərbaycana səfər edəcək

Noyabrın 14-15-də Dunya dini liderlərinin II sammiti keçiriləcək.

Moskva və bütün Rusiyanın patriarxı Kirill noyabrın 14-də Bakıya səfər edəcək.

Din.az bildirir ki, bu barədə Patriarxlığın mətbuat xidməti məlumat yayıb.

Məlumatda Patriarx Krillin Bakıda keçiriləcək Dünya dini liderlərinin sammitinin açılışında iştirak edəcəyi bildirilib.

Ölkəmizə səfəri zamanı Rusiya patriarxının Bakıdakı Müqəddəs Mironosets kilsəsinə baş çəkəcəyi də vurğulanıb.

Qeyd edək ki, noyabrın 14-15-də Dunya dini liderlərinin II sammiti keçiriləcək. Qafqaz Müsəlmanları Idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyinə və onun QMİ sədri vəzifəsində 40 il çalışmağına həsr olunan tədbirə dünyanın 200-ə yaxın dini lideri dəvət olunub. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az