Patriarx: Kilsə internetə müqavimət göstərə bilmir

“İnternet yeniyetmələr və gənclər üçün çox təhlükəlidir”.
İnternet yeniyetmələr və gənclərə dağıdıcı təsir göstərir.
Din.az xəbər verir ki, bunu Moskva Dövlət Universitetində çıxışı zamanı Moskva və Bütün Rusun patriarxı Kirill deyib. Onun sözlərinə görə, kilsə bu dağıdıcı təsirə müqavimət göstərmək qabiliyyətində deyil.
O, gənclərin bütün arzularının digər dövlətlər və mədəniyyətlərlə bağlı olduğunu və onların bu yerlərdə öz həyatlarını qurmaq istədiklərini söyləyib. / Axar.az