Parisdə “Hicab günü” adlı aksiya keçirilib

Parisin siyasi araşdırmalar universitetinin tələbələri hicab haqqında cəmiyyətdə formalaşmış mifləri dəf etmək üçün “Hicab günü” adlı aksiya keçiriblər. “Din.az”ın verdiyi xəbərə görə, aksiya çərçivəsində bir çox tələbələr hicab geyinmək istəyiblər. Eyni zamanda aksiya iştirakçıları bu tədbir çərçivəsində hicab haqqında onları maraqlandıran sualları dilə gətiriblər. Onların hicabla bağlı sualları müsəlman tələbələr tərəfindən cavablandırılıb. Bundan başqa, bu […]
Parisin siyasi araşdırmalar universitetinin tələbələri hicab haqqında cəmiyyətdə formalaşmış mifləri dəf etmək üçün “Hicab günü” adlı aksiya keçiriblər.
“Din.az”ın verdiyi xəbərə görə, aksiya çərçivəsində bir çox tələbələr hicab geyinmək istəyiblər. Eyni zamanda aksiya iştirakçıları bu tədbir çərçivəsində hicab haqqında onları maraqlandıran sualları dilə gətiriblər. Onların hicabla bağlı sualları müsəlman tələbələr tərəfindən cavablandırılıb.
Bundan başqa, bu aksiya sosial şəbəkələrdə geniş əks-sədaya səbəb olub.