Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PAPADAN ROMALI ƏLİLLƏRƏ QEYRİ-ADİ XEYRİYYƏ AKSİYASI – FOTO

“La Madonnina” çimərliyini əlil şəxslər üçün hazırladılar.

Roma Papası Fransisk əlillər üçün çimərlik kirayə götürüb.

“Din.az” bildirir ki, çimərliyin bir aylıq kirayə haqqı Papa Fransisk tərəfindən ödəniləcək.

Yay fəslinin gəlməsi ilə əlaqədar Roma papası xeyiriyyə məqsədi ilə Focene qəsəbəsində yerləşən “La Madonnina” çimərliyinin əlil şəxslər üçün hazırlanmasını istəyib.

Çimərlikdə əlillər üçün hər cürə rahatlıq təmin ediləcək, maaşla işləyən işçilərlə yanaşı könüllülər də xidmət göstərəcək, hətta əlillərin ailələri də çimərliyin bütün xidmətlərindən istifadə edə biləcəklər. Lakin papa çimərliyin kirayə haqqının nə qədər olacağını açıqlamayıb. Məlumatlara görə, Vatikan xeyriyyə aksiyasına maddi dəstək göstərməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az