PAPA TRAMPA “AXMAQ” DEDİ: “GETSİN ELM ADAMLARI İLƏ DANIŞSIN”

“İqlim dəyişikliyinə şübhə edənlər gedib elm adamları ilə danışsınlar”.
Papa ABŞ, Meksika və Karib Hövzəsi ölkələrini cənginə alan “İrma” qasırğası haqqında danışarkən iqlim dəyişikliyini rədd edənləri axmaq adlandırıb.
Din.az bildirir ki, 5 günlük Kolumbiya səfərindən sonra mətbuat konfransı keçirən Papa Fransis ” İqlim dəyişikliyinə şübhə edənlər gedib elm adamları ilə danışsınlar. Bu fikirlər havadan törəmir”, – deyə bildirib.
İqlim dəyişikliyi məsələsində siyasətçiləri tənqid edən Papa Fransisk bu problemlə mübarizə məsələsində olduqca aktiv rol nümayiş etdirir.
Türkiyə mətbuatı bu münasibəti ABŞ prezidenti Donald Trampa atılan atmaca kimi qiymətləndirib. Çünki bir müddət öncə Tramp “Paris İqlim Müqaviləsi”dən imtina etmək barədə qərar qəbul etmişdi. Bu əsas gətirən türk mediası Papanın çıxışını “Papa Trampa axmaq dedi” başlığı ilə tirajlayıb. / A24.Az