Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Papa onlar üçün dua etməyə çağırdı

“Əziz Portuqaliya xalqına dərin başsağlığımı çatdırıram”.

Roma Papası Fransisk insanları Portuqaliyadakı meşə yanğınları zamanı həlak olanların ruhuna dua oxumağa çağırıb.

Din.az “Milli.Az”a istinadən bildirir ki, Papa bunu Vatikandakı Müqəddəs Pyotr meydanında çıxışı zamanı deyib.

“Yanğın zamanı həlak olanlarla bağlı əziz Portuqaliya xalqına dərin başsağlığımı çatdırıram”, – Papa bildirib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqan Qrandi əyalətindəki meşə yanğınları zamanı 57 nəfər həlak olub, 59 nəfər isə yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az