Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Papa Fransisk: Su uğrunda dünya müharibəsi baş verə bilər

III Dünya Müharibəsi şirin su mənbələri uğrunda baş verə bilər.

Katolik xistianların dini lideri Papa Fransisk bütün dünyadakı qarşıdurmaların su uğrunda dünya müharibəsi yarada biləcəyini iddia edib.

“Din.az” Türkiyənin “ensonhaber.com”saytına istinadən xəbər verir ki, Papa Fransisk Vatikandakı Roma Papalığının Elm Akademiyasında iki gün ərzində təşkil edilən “su haqqı” mövzusundakı konfransda çıxış edərək bir çox ölkənin suyun müəyyən insan haqqı olduğunu qanunlarına əks etdirməmələrinin məyusedici fakt olduğunu ifadə edib.

Suyun hər şeyin başlanğıcı olduğunu qeyd edən Papa deyib: “Harada su varsa, orada həyat vardır. Hər insan şirin və təhlükəsiz su əldə etmək haqqına sahibdir. Bu əsas insan haqqı olub bu gün dünyada çox mühüm mövzulardan biridir. Vicdan yaratmaq çox çətindir. Bu etbarlılıq tələb edir. Hərdən özümə belə bir sual verirəm: “Yoxsa hazırda dünyada baş verən qarşıdurmalar III Dünya Müharibəsinə doğru gedir?”

Bu məsələdə BMT-nin məlumatları insanı heyrətləndir. Sudan keçən yoluxucu xəstəliklər səbəbilə hər gün 1000 uşaq həlak olur, milyonlarla insan çirkli su içir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az