Pakistanlı müsəlmanlar xristianlar üçün kilsə tikir

“İlk dəfə müsəlman icmanın lideri bizim üçün ibadətgah inşa edəcəklərini söyləyəndə inanmadım”
Pakistanın Pəncab əyaləyində müsəlmanlar kasıb olan xristian qonşularına kənddə ilk və yeganə kilsə tikmək üçün kömək edir.
Təşəbbüs Pasxadan əvvəl qısa müddət ərzində Pakistanın istehsalat-tekstil mərkəzi olan Faisalabadın bir qrup müsəlman kəndliləri tərəfindən başladılıb.
“Din.az” xəbər verir ki, kəndin yerli keşişi Aftab James, “20 xristian ailəsinin yaşadığı kənddə onların ibadət edə bilməsi üçün yer yoxdur”, – deyə Anadolu Agentliyinə bildirib.
“Təşəbbüs yalnız Pasxadan bir gün əvvəl müsəlman qardaşlar tərəfindən qərara alınıb”, – deyə keşiş qeyd edib. James Atanın dediklərinə görə, kəndin xristian camaatı onlar müqəddəs bayram günlərində ibadətlərini yerinə yetirmək üçün ya kiminsə evinə yığışar, ya da başqa üsulla ibadət edərdilər.
“Şəhərin müsəlman sakinləri hədiyyə olaraq bizə ibadətgah tikməyi təklif etdi. Biz bu gözəl jest üçün müsəlman qardaşlarımıza təşəkkür edirik. Bu, bizim üçün fəxrdir”, – deyə keşiş bildirib.
Yerli xristian milləti artıq həyəcanlıdır ki, onların da kəndində tezliklə kilsələri olacaq. Xristian bir işçi Faryad Maniş bildirib ki, əvvəllər Milad, Pasxa və digər bayramları üçün hər hansısa bir evi icarəyə götürərdilər. “Amma indi bizim tezliklə öz ibadətgahımız olacaq. İlk dəfə müsəlman icmanın lideri bizim üçün ibadətgah inşa edəcəklərini söyləyəndə inanmadım. Lakin onların təklifindən bir ay ərzində tikinti işlərinin başlaması məni daha da təəccübləndirdi. Kənd sakinlərinin uzun zamandır arzuladığı ibadətgah artıq reallaşmaq üzrədir”, – deyə Faryad həyəcanla bildirib.
Ən böyük dini azlıqların yaşadığı Pakistanda xristianlar 180 milyon əhalinin 3 faizini təşkil edir. Onların əksəriyyəti Pakistanın ən böyük əyaləti olan Puncabın kanalizasiya, xidmət və təhsil sahələrində çalışır.
Pakistanın Xristian icmasının demak olar ki, 60 faizi protestantdır, yerdə qalanı isə katolikdir. Şəhər xristianları isə Pakistan hökumətində və senatında, milli və əyalət icmalarında təmsil olunur.
Toletantlıq ölkəsi…
Yerli icmaların kilsə tikintisi üçün 700 min rupi, təxminən 7 min ABŞ dolları həcmində məbləğ tələb olunur.
Müslman fondunun rəhbərlərindən Mian Ejaz bildirib ki, əlavə vəsait hesabına ibadət üçün böyük zal və bir otaq da daxil olmaqla tikinti başa çatdırılacaq. Daha sonra kənddə 4 məscidin tikintisi üçün vəsait təmin edən Ejaz qeyd edib ki, “Bizim kənddə 4 məscidimiz var, lakin xristianların ibadəti üçün yer yoxdur. Onların əksəriyyəti kasıbdır və klisə tikmək üçün əlavə vəsaitləri də yoxdur”.
Ona görə də, Müsəlman icmasının lideri Ejaz xristian həmkarlarına Pasxa hədiyyəsi olaraq ibadətgah tikməyi qərara alıb. Kilsənin inşaası bir çox xristianların qeyd etdiyi Pasxa bayramından 1 ay əvvəl – martda tikilməyə başlayıb.
“Biz dünyaya demək istəyirik ki, Pakistan ekstremistlərin yaşadığı bir ölkə deyil. Pakistan kiçik dini azlıqların dini tolerantlıq və həmrəylik şəkildə yaşadığı bir ölkədir. Bundan başqa, xristian dünyası müsəlman qaçqınlar üçün çox şey edir. Belə ki, biz də onlara əvəzini ödəmək istədik” deyərək indi müsəlman qaçqınların Türkiyədən Avropaya keçmələri üçün çalışdıqlarını da Ejaz qeyd edib.
1 şərh Pakistanlı müsəlmanlar xristianlar üçün kilsə tikir üçün