Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

PAKİSTANIN HƏRƏKƏTİ İRANI QICIQLANDIRDI: 10 ƏSGƏRİ ÖLDÜRÜLDÜ, İKİ GÜC ARASINDA SAVAŞ XOFU

İki müsəlman ölkəsi arasında gərginlik yaşanır.

İran Xarici İşlər Nazirliyi Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətinə aid Mircavedə qurulan pusquda 10 əsgərinin öldürülməsilə bağlı İslamabadı ittiham edib.

“Din.az” xəbər verir ki, İran İslamabadı qisas alacağı ilə təhdid edib.

İran bundan sonra təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı bütün addımları məxfi şəkildə həyata keçirəcəyini bildirib.

İranın cənub-qərbində Pakistan sərhədi yaxınlığında Ceyşul Adl (Ədalətin Ordusu) adlı silahlı təşkilatın qurduğu pusquda 10 İran əsgəri öldürülüb.

İrandakı “Sünnilərin hüquqlarını qoruduğu” iddiasıyla 2003-cü ildən bəri ölkədə bir neçə dəfə mülki və hərbi hədəfə hücum təşkil edən “Cundullah” adlı təşkilatın lideri Abdulmelik Rigi 2010-cu ildə tutularaq edam edilib. Bundan sonra Cundullah təşkilatı 2012-ci ildə adını dəyişdirərək “Ceyşul Adl” qoyub.

Təşkilatın xarici kəşfiyyat xidmətlərindən dəstək aldığını müdafiə edən İran Pakistan rəhbərliyini də sərhəd təhlükəsizliyini təmin etməməkdə günahlandırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az