Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Pakistanda türbədə qətliam törədildi

Pakistanın baş naziri Nəvaz Şərif İŞİD-in öz üzərinə götürdüyü bu hücumu qınayıb.

Pakistanın cənubunda izdihamlı bir sufi türbəsində törədilən terror aktı zamanı ən azı 75 nəfər həlak olub.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sindh bölgəsindəki Sehvan qəsəbəsində olan Lal Şahbaz Qələndər türbəsinə edilən hücum nəticəsində bir terrorçunun izdihamın içinə girərək özünü partlatdığı qeyd edilib.

Polis hücum nəticəsində ən azı 250 nəfərin yaralandığını bildirib. Ölənlərin 43-nün kişi, doqquzunun qadın, 20-nin isə uşaq olduğu deyilib. Pakistan ordusu ağır yaralıların xəstəxanalara daşınması üçün lazımi tədbirləri həyata keçirib. Baş nazir Nəvaz Şərif İŞİD-in öz üzərinə götürdüyü bu hücumu qınayıb.

Bu həftə 13 nəfərin də həlak olduğu hücum daxil olmaqla, Pakistanın şərqində həyata keçirilən hücumları “Camaatul əxbar” qruplaşması öz üzərinə götürmüşdü.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az