Özbəkistandan 50 min Myanma qaçqınına yardım

“Humanitar yardım 50 min insana çatdırılacaq”.
Özbəkistan Myanma qaçqınlarına yardım göndərib.
Din.az bildirir ki, humanitar yardım 50 min insana çatdırılacaq. Məlumata görə, qaçqınlara 14 növ ərzaq məhsulları və yaşayış üçün zəruri olan digər əşyalar göndərilib. “Qırmızı Aypara” cəmiyyətinin Banqaldeş üzrə nümayəndəsi Mozarul Xak bildirib ki, yardım lazım olan anda göndərilib. / Qafqazinfo.az