Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Özbəkistanda bəzi kompüter oyunları qadağan edildi

Bəzi oyunlar ölkədə ictimai-siyasi stabilliyə mənfi təsir göstərir.

Özbəkistan hökuməti kompüter oyunlarına diqqət yetirib.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, ölkənin Əqli Mülkiyyət üzrə Xüsusi Agentliyi respublikaya gətirilməsi və yayılması məsləhət görülməyən layihələrin adları olan siyahını açıqlayıb. Mütəxəssislər hesab edirlər ki, bu oyunlar təcavüzü və pornoqrafiyanı təbliğ edir, həmçinin ölkədə ictimai-siyasi stabilliyə mənfi təsir göstərir.

 

Siyahıya oyunsevərlərə çox tanış olan 38 adda oyun daxil edilib. Bu siyahıda hələ elan olunmamış “Left 4 Dead 3” oyununun da adı var. Bundan başqa, qadağan olunmuş siyahıda “Sims” 3 və 4, “GTA: San Andreas”, “Assasins Creed: Brotherhood”, “Call of duty: Black ops”, “Doom” 3 və 4 , “Kanə and Leanch 2: Dog days”, “Prototype”, “Silent Hill”  oyunlarının da adlarını görmək olar.

Kompüter oyunsevərlərinin fikrincə, komissiya tərəfindən müəyyən qeyri-dəqiqlik də buraxılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az