Orucunuzu açarkən diqqətli olun! – VİDEO

Gün ərzində dincələn orqanizminizi iftar zamanı çox yükləməyin
Oruc tutan insanlar iftar və imsak zamanı lazımi qaydada qidalanmalıdır ki, orqanizm gündəlik qida, əsasən də suya olan tələbatı tam ödəyə bilsin.
Lakin qeyd edək ki, Ramazanın tibbi cəhətdən müalicəvi əhəmiyyəti isə daha çoxdur. Mütəxəssislər deyir ki, Ramamzanda ən əsas həzm sistemi dincəlir. Əsil möcüzəli təsir isə qara ciyərlə bağlıdır. Oruc tutarkən gündüzlər qida qəbul olunmadığından qara ciyər istirahət edir və bu müddət ərzində immunitetin güclənməsinə səbəb olan həyati əhəmiyyətli qlobinlər hazırlayır.
İftara kimi gün ərzində mədə şirəsinin ifrazı da dayanır. Bu isə öz növbəsində mədənin dincəlməsinə və həzm sisteminin yaxşılaşmasına səbəb olur.
Ramazanda oruc tutan insan orqanizminin bir qədər istirahət etməsinə baxmayaraq, düzgün qidalanma olmasa ciddi fəsadlar yarana bilər. Bu isə bəzi orqanların gücə düşərək sıradan çıxması ilə nəticələnər.
“Din.az” oruc tutmağın sağlamlığa faydaları haqda hazırlanan videosüjeti təqdim edir: