ORUC TUTMAYAN BAKI SAKİNLƏRİ PİS VƏZİYYƏTDƏ QALDI – SOSİAL EKSPERİMENT

300 manat qarşılığında adada iki ay ac və susuz qalarsınız?
“Xəzər” TV-nin efirində yayımlanan “Diqqətli ol” verilişinin aparıcısı Yalçın Alməmmədov Bakıda maraqlı sosial test keçirib.
Din.az “A24.az”a istinadən bildirir ki, aparıcı şəhər sakinlərinə gününə 300 manat pul qarşılığında adada iki ay ac və susuz qalmağı təklif edir.
Həmçinin layihədə 1-ci yeri tutana 10 min, 2-ci və 3-cü yerin sahiblərinə isə müvafiq olaraq, beş və üç min manat mükafat vəd olunur.
Yalçın bu təkliflə razılaşan sakinlərə “Oruc tutursunuzmu?” sualını verərək pis vəziyyətdə qoyur. Belə ki, onların əksəriyyəti oruc tutmadıqlarını bildiriblər.
Həmin verilişdən olan videogörünü təqdim edirik: