Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Oruc tutmaq diabet riskini azaldır – Qanda maraqlı dəyişim

Orucun faydaları haqqında …

Müsəlmanların saxladığı oruc kimi gün çıxmazdan gün batana kimi ac qalmaq insanda şəkərli diabet yaranması riskini azaldır. Bunu Texas Tibb Kollecinin alimləri bildirib.

14 sağlan insan üzərində tədqiqat aparılıb. Bu insanlar 30 gün ərzində sutkada 15 saat qida və sudan uzaq durub. Onlardan bir orucdan əvvəl, bir ortada, bir də bitdikdən sonra qan analizi götürülmüşdü.

Nəticələrdə qanda tropomiozin zülalının səviyyəsinin artması görünüb. Bu zülal hüceyrələrin insulinə həssaslığında vacib rol oynayır, qan plazmasında qlükozanın effektiv istifadəsi üçün əhəmyyətlidir.

Deməli, oruc tutduqda piylənmə, metobolik sindrom,diabet və qaraciyər xəstəliklərinin inkişafının qarşısı alınır.

Ona görə məhz bu cür acqalma- gün başlayandan gün batana kimi ildə bir neçə dəfə ac qalmaq bu risk altında olan insanlar üçün müalicəvi və profilaktik əhəmiyyətlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az