Oruc tutmaq beyni qüvvətləndirir

Orucun insan sağlamlığına müxtəlif faydaları var.
Oruc tutarkən qanımızda girelin hormonu artır.
Din.az Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbər verir ki, girelin hormonunun ən mühüm təsiri aclıq hissi yaratmaq olsa da bu hormonun beynin öyrənmə və yaddaşla bağlı hissəsi olan hipokampusla qarşılıqlı təsirə girərək onu inkişaf etdirdiyi öyrənilib. Yeil Universitetindən bir heyətin siçanlar üzərində apardıqdıqları sınaqlar da bunu isbat edir.
Artıq Ramazan ayındayıq. Bütün dünyada bir milyarddan artıq müəslman Allah rizasını əldə etmək üçün səhərdən axşama qədər oruc tutacaq. Oruc tutanlar üçün bu ibadətin məqsədi Allahın rızasını əldə etmək olsa da bununla yanaşı, orucun insan sağlamlığına olan müxtəlif faydalarının olduğunu da öyrəndik.
Ötən ay İngiltərənin Svensi Universitetindən olan Jefri Devisin heyətinin dərc etdiyi bir araşdırmaya əsasən, oruc tutmaq zehni qüvvətləndirir. Oruc tutanlarda iştahanı artıran bir mədə hormonunun, yeni beyin hüceyrələrinin böyüməsində və həmin hüceyrələrin insanı yaşlanmadan qorumaqda mühüm rola oynaması ilə bağlı yeni elmi məlumatlar əldə edilib. Bu məlumatlar oruc tutan insanların, həmin ərəfədə nə üçün özlərini zehin baxımından təravətli hiss etdiklərini izah edir.