Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Oruc tutanlar üçün məsləhət

Ramazan ayında bitki çaylarının əhəmiyyəti …

Endokrinoloq Fərhad Burzu Ramazan ayında, bitki çaylarından istifadə etməyi məsləhət görür.

Din.az xəbər verir ki, həkimin sözlərinə görə, bu çaylar oruc tutmuş şəxslərdə toxluq hissi yaradır, metobolizmanı sürətləndirir və həzmi asanlaşdırır:

“Darçınlı çay həm qanda şəkərin səviyyəsini nizamlayır, həm də gün ərzində toxluq hissini qoruyur. İftarda yaşıl çay içməklə gün ərzində aclıqdan yavaşlayan metabolizmanızı sürətləndirə bilərsiniz. Bibəriyə, kəklik otu, gilas sapından ibarət olan funksional çaylar isə həzmsisteminizi dəstəkləyəcək, metabolizmanı sürətləndirəcək, şişkinlik problemini aradan qaldırmağa səbəb olacaq”. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az