Onminlərlə insan yenidən ayağa qalxdı

Əlcəzairdə hökumətə qarşı aksiyalar təşkil edilib.
Əlcəzair küçələrində yenidən onminlərlə insan hökumətə qarşı təşkil edilən aksiyalarda iştirak edib.
Din.az Axar.az-a istinadən xəbər verir ki, etirazların artıq 20-ci günüdür.
Müstəqillik gününə təsadüf edən budəfəki mitinqdə də etirazçılar müvəqqəti prezident Abdel Kader Bensallahın istefa verməsini və dərhal prezident seçkilərinin keçirilməsini tələb edirlər.