ONLARA YARDIM LAZIMDIR, MİTİNQ YOX – KADIROV

“İndiki vəziyyətdə heç bir mitinqin əhəmiyyəti yoxdur”.
Rohinyaya yardım lazımdır, həmrəylik mitinqi yox.
Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov deyib.
“İndiki vəziyyətdə heç bir mitinqin əhəmiyyəti yoxdur. Mən Rusiyada yaşayan bütün müsəlman bacı-qardaşlarıma səslənirəm, kimsənin təşviqatına uymayın. Əgər lazım olsa, mən sizi mitinqə çağıracam. İndi ona ehtiyac yoxdur”, – Kadırov İnstaqram hesabında yazıb.