Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ölüm mələyinin gözünü çıxaran Peyğəmbər…

Musanın (ə) ölüm mələyinə yumruq ataraq mələyin gözünü çıxartması

Hədislərdə Musa peyğəmbərin , canını almaq üçün gələn ölüm mələyinə yumruq ataraq gözünü çıxartdığı, mələyin isə Allaha üz tutaraq şikayət etdiyi iddia edilmişdir:

“Ölüm mələyi Musanın yanına göndərildi. Yanına çatdıqda, Musa ona bir yumruq atdı (və gözünü kor etdi) və Rəbbinə geri qayıdıb “Məni ölümü istəməyən birinin yanına göndərmisən” deyərək şikayət etdi. Uca Allah çıxan gözünü yenidən ona verdi və “Get əlini bir öküzün belinə qoymasını de, əlinin altındakı hər tük üçün ona bir illik ömür verildi. Mələk gəlib vəziyyəti bildirdikdə, Musa soruşdu: “Sonra nə olacaq ey Rəbbim?” Uca Allah isə “Sonra öləcəksən” buyurdu. Bundan sonra  Musa dedi: “Bir halda ki, sonda ölüm var, o zaman elə indi ölüm” deyib Uca Allahdan onu müqəddəs məkana bir daş atılacaq məsafə qədər yaxınlaşdırmasını istədi. (Bunu çatdıran) Rəsulullah isə buyurdu: “Orada olsaydım, yol kənarında qırmızı qum təpəciyinin yanındakı məzarını sizə göstərərdim” (Buxari, Cənaiz (23), babu mən əhabbəd-dəfnə fil-ərdil muqaddəsə va nahvihə (68), (1339); Əhadisul-Ənbiya (60), babu vəfəti Musa… (31), (3407); Muslim, Fədəil (43), babun min Fədəili Musa (42), (157).

Bəhs edilən rəvayətə hansı yöndən yanaşsanız, onun çox əsassız iddialardan ibarət olduğunu görəcəksiniz. Belə rəvayətlər Allahın dininin necə oyuncağa çevrildiyini göstərir. Rəvayətə görə Allah nə etdiyini bilmir, Musa canını almaq üçün gələn mələyin gözünü çıxarır, yəni Allahın hökmünə qarşı çıxır, buna baxmayaraq, Allah qərarını dəyişərək onun ömrünü uzadır.

MÜZAKİRƏ

1 şərh Ölüm mələyinin gözünü çıxaran Peyğəmbər… üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az