Ölkəmizdə sərtləşdirilən dini qanuna ilahiyyatçının möqeyi – VİDEO

QMİ heç bir marifləndirmə işini həyata keçirməyib…
Tanınmış ilahiyyatçı Elşad Miri “Azadlıq radiosu”na müsahibə verib.
Müsahibənin əsas müzakirə mövzusu, Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi və konstitutsiya quruluşunun zorla dəyişdirilməsi zamanı ömürlük həbs cəzasının tətbiqi olub.
Məsələyə münasibət bildirən Elşad Miri ölkəmizdəki dini vəziyyət və dinin təbliği mövzusuna da toxunub. QMİ və bir sıra qurumların təbliğatla bağlı heç bir yöndə təbliğat aparmadıqlarını xüsusi vurğulayıb.
“Cəzanın sərtləşdirilməsi çıxış yoludurmu? Çünki cəza nə qədər sərt olarsa, insan bir o qədər də vəhşiləşir, cızıqdan çıxır” sualını ilahiyyatçı, “düzdür, hər bir şey cəza tətbiq etməklə olmaz. Amma bunun ilkin başlanğıcında düzgün bir şəkildə marifləndirmə işi aparılmalıdır. Təəssüflər olsun ki, bu günə kimi bu işlə məşğul olmalı olan QMİ heç bir marifləndirmə işini həyata keçirməyib. Təbii ki, cəzaların sərtləşdirilməsinin tərəfdarı deyiləm, amma bu günləri dövlət bu məsələdə özünü qorumaq üçün əvvəlcədən atılmış müəyyən tədbirləri görməsi anlaşılan bir məqam kimi qarşımıza çıxır” deyə cavablandırıb.
“Din.az” ilahiyyatçının müsahibəsini daha ərtaflı videoda təqdim edir:
2 şərh Ölkəmizdə sərtləşdirilən dini qanuna ilahiyyatçının möqeyi – VİDEO üçün