ODESSADA SULTAN SÜLEYMAN QANUNİNİN BABASINA AİD OSMANLI MƏSCİDİ TAPILDI

Osmanlı dövrünə aid müsəlman ibadətgahı ortaya şıxarılıb.
Ukraynanın Odessa vilayətində Osmanlı dövrünə aid müsəlman ibadətgahı aşkar edildi.
Din.az-ın Moderator.az-a istinadla verdiyi xəbərə görə, qədim İslam abidəsi Odessa şəhəri yaxınlıgındakı Belqorod-Dnestr qalası ərazisində aparılmış qazıntılar zamanı tapılıb.
Arxeoloqlar məscidin Osmanlının böyük hökmdarı Sultan Süleyman Qanuninin babası Sultan II Bəyazid (1447-1512) tərəfindən tikildiyini hesab edirlər. Alimlər məscidin bünövrəsini və kürsü hissəsini aşkar edə biliblər. Məbədin altında hələ 1484-cü ilin avqustuna, yəni türklərin qalanı mühasirə etdiyi məşhur tarixə aid olan bir tikintinin də bünövrəsi tapıldığı iddia edilir. Hazırda arxeoloqlar tikintinin şimal-şərq hissəsində qazıntı işlərini davam edirlər. Onlar məscidin giriş hissəsini tapmaga çalışırlar.
Xəbərdə qeyd edilir ki orta əsrlər şəhərinin ölçülərinə görə, sözügedən məscid binası möhtəşəm hesab edilməlidir. Çünki o, təxminən 400 kv.metrlik ərazini əhatə edib.