Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

OBAMA TRAMPI “VURUB”, MÜSƏLMALARA DƏSTƏK VERDİ

Barak Obama ilk dəfə Donald Trampı tənqid etdi.

ABŞ-ın sabiq prezidenti Barak Obama yeni prezident Donald Trampa sərt reaksiya verib. O, küçələrə etiraza çıxan müsəlmanlara dəstək verib.

“Din.az”ın “A24.Az”a istinadən verdiyi xəbərə görə, Obamanın mətbuat katibi Kevin Levis tərəfindən verilən açıqlamasında bildirib ki, Obama təməl olaraq inancı və ya dini səbəbilə insanlara ayrı-seçkilik tətbiq olunmasına qarşıdır. Levis Obamanın etiraz edənlər üçün “Amerika dəyərləri təhlükəyə düşəndə tam olaraq görmək istədiyimiz şey budur”, -deyə düşündüyünü deyib.

Qeyd edək ki, Obama 20 yanvarda vəzifəsini təhvil verdiyindən bu tərəfə ilk dəfədir ki, Trampı tənqid edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az