Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Obama pravoslav xristianlarını Pasxa münasibətilə təbrik edib

B.Obama bütün dinlərin insanlarına sülh, ədalət və azadlıqda yaşamağı arzulayıb.

ABŞ prezidenti Barak Obama və xanımı Mişel pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib. B.Obama bütün dinlərin insanlarına sülh, ədalət və azadlıqda yaşamağı arzulayıb.

Din.az “report”un məlumatına əsasən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.

“Biz pravoslav xristianları və bütün dinlərin insanlarıyla həmrəyik və birlikdə çalışmağa davam edəcəyik ki, bütün insanlar əmin-amanlıq, ədalətdə və azadlıqda yaşaya bilsinlər”, – deyə ABŞ prezidenti qarşıdan gələn bayram münasibəti ilə vurğulayıb.

“Mişel və mən öz ən yaxşı arzularımı Amerika pravoslav xristianlarına çatdırırıq”, – deyə Obama əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az